...

Tibb bacısı dayanacaqda ərini öldürdü: sonra özünə qəsd etdi (FOTO)

Dünya xəbərləri Materials 23 Oktyabr 2023 23:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mersinin Mut qəsəbəsində boşanma prosesində olan tibb bacısı Şuayip Kaya (39) həyat yoldaşı Ayfer Kayaya (42) işlədiyi xəstəxananın dayanacağında tapança ilə atəş açaraq vurduqdan sonra özü də intihar edib.

Trend xəbər verir ki, hadisə ötən gecə saatlarında Mut Dövlət Xəstəxanasının dayanacağında baş verib.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Həkim qrupları cütlüyün öldüyünü müəyyən edib. Kaya cütlüyünün cəsədləri müayinədən sonra morqa aparılıb.

Bildirilib ki, Şuayip və Ayfer Kaya cütlüyünün 10 və 4 yaşlı iki övladı var, onlardan biri xərçəng xəstəliyindən müalicə olunur.

Xəbər lenti

Xəbər lenti