...

Polşada döyüş sursatı istehsalına 750 milyon dollar ayrılacaq

Dünya xəbərləri Materials 19 Noyabr 2024 22:49 (UTC +04:00)

Bakı. Trend:

Polşa hökuməti iriçaplı sursat istehsalının yaradılması üçün təxminən 3 milyard zloti (təxminən 750 milyon dollar) ayrılması haqqında qanun layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb.

"Polşada iri çaplı sursat istehsalı bazasının genişləndirilməsi reallığa çevrilir! Nazirlər Şurası Kapital İnvestisiya Fonduna təxminən 3 milyard zloti köçürən qanun layihəsini qəbul edib", - deyə o bildirib.

Qeyd edək ki, 2023-cü ilin yazında əvvəlki Polşa hökuməti Milli Sursat Ehtiyat Proqramını qəbul etdi.

Xəbər lenti

Xəbər lenti