Bakı. Trend:
İsrail Fələstinin "HƏMAS" hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.
"Bu vəziyyətdən çıxmaq istəyən Fələstinlilərə deyirəm: kim bizə girov gətirsə, təhlükəsiz çıxışı təmin edəcəyik. Ona və ailəsinə həmçinin. Biz həmçinin qaçırılan hər bir şəxs üçün 5 milyon dollar mükafat təklif edəcəyik. Seçim sizindir, seçiminizi edin. Hər halda, nəticə eyni olacaq: biz bütün [girovları] qaytaracağıq", - deyə o bildirib.