...

Paşinyan yüksək vəzifəli məmurları mesajla işdən çıxarıb

Dünya xəbərləri Materials 19 Noyabr 2024 19:38 (UTC +04:00)
Paşinyan yüksək vəzifəli məmurları mesajla işdən çıxarıb
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan "WhatsApp" messenceri ilə bir neçə məmura mesaj yazaraq, işdən çıxarılmaları barədə məlumat verib.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Bildirilib ki, Dövlət Gəlirlər Komitəsinin keçmiş rəhbəri Rüstəm Badasyan işdən çıxarılma xəbərini gəzintidə olarkən alıb. Məmur bunu zarafat kimi qəbul edib.

Lakin Badasyan oxşar mesajları alan digər həmkarları ilə söhbətdən sonra bunun doğru olduğunu anlayıb.

Xatırladaq ki, Ermənistanda bir neçə yüksəkvəzifəli məmur istefa verib. Paşinyan məmurların onun təşəbbüsü ilə istefa verdiklərini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti