...

Litva Ukraynada infrastrukturun bərpası üçün layihələrə 10 milyon avro ayıracaq

Dünya xəbərləri Materials 20 Noyabr 2024 01:10 (UTC +04:00)

Bakı. Trend:

Litva Dünya Bankı vasitəsilə Ukraynada infrastrukturun bərpası layihələrinin maliyyələşdirilməsinə 10 milyon avro ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Litvanın Maliyyə Nazirliyi bildirib.

"Dünya Bankının öz ixtisaslaşdırılmış fondları vasitəsilə Ukraynanın həyati vacib infrastrukturunun bərpasına, ictimai xidmətlərin göstərilməsinin təmin edilməsinə, təhsil, səhiyyə və mənzil-tikinti sektorlarının dəstəklənməsinə səmərəli yardım göstərməyə imkan verdiyini nəzərə alaraq, bu məqsədlər üçün 10 milyon avro əlavə vəsait göndəririk", - deyə maliyyə naziri Qintare Skayste qeyd edib.

Məlumata əsasən, hüquqi prosedurlar başa çatdıqdan sonra vəsait yaxın günlərdə köçürüləcək.

Xəbər lenti

Xəbər lenti