Bakı. Trend:
İsrail ordusu Livanda "Hizbullah" qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları nəticəsində bir hərbi qulluqçusunun öldüyünü bildirib.
Trend-in məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, "Qolani" briqadasından olan 30 yaşlı baş serjant Ömər Moşe Qaldor Livanın cənubunda döyüş zamanı öldürülüb. Bununla da, İsrail ordusunun mətbuat xidmətinin məlumatına əsasən, Yaxın Şərq münaqişəsinin yeni raundunda ölənlərin sayı artıq 799-a çatıb.