Bakı. Trend:
Ukrayna Silahlı Qüvvələrində hazırda Amerika istehsalı olan təxminən 50 "ATACMS" raketi var.
Trend-in məlumatına görə, bu barədə "The Times" qəzeti yazıb.
Məlumata əsasən, Ukrayna Silahlı Qüvvələri "ATACMS" raketlərini işə salmaq üçün kifayət qədər sayda "HIMARS" və "MLRS M270" çoxsaylı buraxılış raket sistemlərinə malikdir, lakin raketlərin özləri kifayət qədər deyil.
Qeyd edək ki, boyabrın 17-də “The New York Times” qəzeti öz mənbələrinə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden "ATACMS" raketləri ilə Ukrayna ərazisindən Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirməyə icazə verib.