Bakı. Trend:
İsrailin Qəzza zolağında hərbi əməliyyat başlayandan bəri HƏMAS təşkilatının silahlı qüvvələrinin 10 yüksək rütbəli komandirini öldürülüb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirib.
"Hərbi əməliyyatlar başlayandan bəri biz Ümumi Təhlükəsizlik Xidməti ilə birlikdə rütbəsi briqada komandirinə uyğun gələn 10 HƏMAS terrorçusunu məhv etmişik. Bunlar bizim qüvvələrimizə qarşı döyüşlərdə yerdə komandanlıq edən döyüş rəhbərləridir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, öldürülən komandirlər oktyabrın 7-də İsrail ərazisinə hücumun planlaşdırılmasında iştirak ediblər və bu planları öz bölmələri ilə birlikdə həyata keçiriblər.