...

Rusiya sahillərində 5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 4 Noyabr 2023 06:12 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada Saxalin vilayətinin Şimali Kuril adaları yaxınlığında Sakit okeanda şənbə günü 5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.

"Noyabrın 4-də Saxalin vaxtı ilə saat 05:32-də 5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 80 km cənub-şərqdə yerləşib, ocağı 53 km dərinlikdə olub", - deyə qeyd olunub.

Sunami xəbərdarlığı elan edilməyib, heç kim xəsarət almayıb və dağıntı olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti