...

İbrahim Rəisi Roma papasına zəng edib

Dünya xəbərləri Materials 6 Noyabr 2023 09:45 (UTC +04:00)
İbrahim Rəisi Roma papasına zəng edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi Roma papası Fransisk ilə telefonla danışıb.

Trend xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, İran prezidenti ilə Roma papası Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

Rəisi Roma papasının atəşkəs çağırışlarını yüksək qiymətləndirib. Roma papası Qəzzaya hücumları dayandırmağın vacibliyini vurğulayıb, həmçinin qadınları və uşaqların öldürülməsinə dərhal son verməyə çağırıb.

Qeyd edək ki, Roma papası bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və ABŞ prezidenti Co Baydenlə də telefonla danışıb. Bir qədər əvvəl isə Vatikan rəhbəri Qəzzaya hücumları dayandırmağa və olduqca ciddi vəziyyəti yüngülləşdirmək üçün yaralılara humanitar yardım çatdırmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti