Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin quru qoşunları HƏMAS-ın Qəzza zolağındakı hərbi düşərgəsini nəzarətə götürüb.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələrinin quru qoşunları HƏMAS-ın Qəzza zolağındakı hərbi düşərgəsini nəzarətə götürüb. Kompleksin ərazisində müşahidə postları, döyüşçülərin təlimləri üçün meydançalar, eləcə də yeraltı tunellər yerləşir", - məlumatda deyilir.
Məlumatda həmçinin, əməliyyat zamanı bir neçə HƏMAS döyüşçüsünün öldürüldüyü qeyd olunub.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.