...

İsrailə qarşı sanksiyaların vaxtıdır - Brüssel

Dünya xəbərləri Materials 9 Noyabr 2023 09:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Brüssel İsraili sanksiyalarla hədələyib.

Trend xəbər verir ki, Belçika baş nazirinin müavini hökuməti Qəzzada mülki hədəflərə edilən hücumları araşdırmağa və İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Baş nazirin müavini Petra De Sutter deyib:

"İsrailə qarşı sanksiyaların vaxtı çatıb. Bomba yağışı qeyri-insani hərəkətdir. İsrailin atəşkəslə bağlı beynəlxalq tələblərə əhəmiyyət vermədiyi aydındır".

De Sutter bildirib ki, Avropa İttifaqı İsraillə iki tərəf arasında iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək üçün bağlanmış assosiasiya sazişini dərhal dayandırmalıdır.

De Sutter həmçinin İsrailə qarşı iki yeni məhdudiyyət təklif edib. Birinci məhdudiyyət işğal olunmuş Fələstin ərazilərindən məhsulların idxalına qadağa qoyulmasıdır. İkincisi, silahlıların, siyasətçilərin və müharibə cinayətlərinə görə məsuliyyət daşıyan əsgərlərin Aİ-yə daxil olmasını qadağan etməkdir.

Xəbər lenti

Xəbər lenti