...

Fələstinlilərə yardım aparan 144 yük maşını Qəzzaya daxil olub

Dünya xəbərləri Materials 17 Noyabr 2023 06:42 (UTC +04:00)
Fələstinlilərə yardım aparan 144 yük maşını Qəzzaya daxil olub

Bakı. Trend:

Qəzza bölgəsinin əhalisinə humanitar yardım aparan 144 yük maşınından ibarət karvan Misirin anklavla sərhədində yerləşən Rəfah keçid məntəqəsini keçib.

Trend xəbər verir ki, humanitar yardım ərzaq, dərman və çadırlardan ibarətdir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti