...

Türkiyənin Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 15 milyonu ötüb

Dünya xəbərləri Materials 21 Noyabr 2023 20:02 (UTC +04:00)
Türkiyənin Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 15 milyonu ötüb

Bakı. Trend:

2023-cü ilin oktyabr ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 8 faiz artaraq, 15 milyon 216 min 802 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 7 faiz artaraq 5 milyon 457 min 500 nəfər, beynəlxalq reyslər üzrə isə 10 faiz artaraq 3 milyon 759 min 302 nəfər təşkil edib.

Bu ilin oktyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 126 min 613 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 63 min 792 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 6 faiz dəyişərək, 62 min 820 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 62 min 427 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq 36 min 927, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 25 min 500 olub.

2023-cü ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 184 milyon 836 min 400 nəfər, yük dövriyyəsi isə 3 milyon 552 min 115 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti