...

İsrail Həbsxanalar İdarəsinə azad ediləcək fələstinli məhbusların siyahısı daxil olub

Dünya xəbərləri Materials 24 Noyabr 2023 17:16 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Həbsxanalar İdarəsinə bu gün azad ediləcək 39 fələstinli məhbusun siyahısı daxil olub.

Trend xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Məlumata görə, məhbusların buraxılmasına hazırlıq işləri artıq başlayıb. Azad ediləcək məhbusların hamısı yeniyetmə və qadınlardan ibarətdir. Məhbuslar ilk öncə İordan çayının qərb sahilində yerləşən həbsxanaya gətiriləcək və buradan evlərinə qayıdacaqlar.

Xatırladaq ki, bir qədər əvvəl Qəzza zolağında HAMAS ilə İsrail arasında 4 günlük müvəqqəti atəşkəs razılaşması əldə olunub. Əldə olunan razılaşmaya görə, Qəzzaya hücumlar müvəqqəti dayandırılacaq, əsir mübadiləsi və humanitar yardımlar təmin ediləcək.

Qeyd edək ki, bu gün İsrail və HAMAS arasında 4 günlük müvəqqəti atəşkəs başlayıb. Atəşkəsin qüvvəyə minməsindən 15 dəqiqə sonra İsraildə hava həyəcanı siqnalı səslənib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti