...

KTMT ilə bağlı qərar veriləndə dövlət maraqları nəzərə alınacaq - Paşinyan

Dünya xəbərləri Materials 24 Noyabr 2023 17:35 (UTC +04:00)
KTMT ilə bağlı qərar veriləndə dövlət maraqları nəzərə alınacaq - Paşinyan
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı qərar veriləndə Ermənistanın dövlət maraqları nəzərə alınacaq.

Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Bizim Ermənistanın dövlət maraqlarından çıxış edərək bu və ya digər qərarlar qəbul etməklə bağlı siyasi iradəmiz var. Bu, KTMT ilə münasibətlərə də aiddir. Niyə təşkilatdan çıxmaq və ya üzvlüyümüzü dayandırmaq barədə qərar qəbul etmirik? Biz müstəsna olaraq ölkəmizin dövlət maraqlarına əsasən qərar verəcəyik", - o deyib.

Xatırladaq ki, noyabrın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Minskdə keçirilən görüşündə iştirak etməyib.

Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv KTMT-nin Minsk görüşündə iştirakdan imtina ediblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti