...

HƏMAS 13 israilli girovu azad edib

Dünya xəbərləri Materials 26 Noyabr 2023 01:22 (UTC +04:00)

Bakı. Trend:

HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları 13 israilli girovu və 7 digər dövlət vətəndaşını Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib.

Trend xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi HƏMAS tərəfindən azad edilən girovları qəbul etdiyini təsdiqləyib.

Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib.

Xəbər lenti

Xəbər lenti