Bakı. Trend:
ABŞ dövlət katibi Antoni Blinken yaxın günlərdə İsrailə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə "The Jerusalem Post" qəzeti xəbər verib.
Qeyd olunub ki, bu, A.Blinkenin oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrailə dördüncü səfəri olacaq.
Məlumata əsasən, ABŞ dövlət katibinin səfəri gələn həftə baş tutacaq.