...

İranın Şiraz şəhərində silahlı qarşıdurma olub, 2 nəfər yaralanıb

Dünya xəbərləri Materials 26 Noyabr 2023 14:21 (UTC +04:00)
İranın Şiraz şəhərində silahlı qarşıdurma olub, 2 nəfər yaralanıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün günorta saatlarında İranın cənubunda yerləşən Fars vilayətinin Şiraz şəhərində silahlı qarşıdurma baş verib.

Trend-in məlumatına görə, silahlı qarşıdurma polislə naməlum şəxs arasında baş verib. Polisin “dur” əmrinə tabe olmayan avtomobil sürücüsü polislərə qarşı atəş açmağa başlayıb.

Nəticədə atəş açan şəxs ağır şəkildə yaralanıb və komaya düşüb. Atışma nəticəsində hadisə yerində olan bir şəxs yaralanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti