...

Hakan Fidan Aralıq dənizi İttifaqının VIII Regional Forumunda iştirak edəcək

Dünya xəbərləri Materials 26 Noyabr 2023 21:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan Aralıq dənizi İttifaqının (UUA) VIII Regional Forumunda iştirak edəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN bildirib.

Fidan 26-27 noyabr 2023-cü il tarixlərində Barselonaya səfər edəcək.

Forumda yeganə gündəm məsələsi Qəzzada humanitar böhran və bölgədəki vəziyyət olacaq.

Səfər çərçivəsində Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısı tərəfindən təyin edilmiş digər xarici işlər nazirləri ilə birlikdə, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares də Bueno ilə görüşəcək və Qəzzadakı son hadisələri müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti