...

Türkiyə Özbəkistana polad məhsulları ixracını artırıb

Dünya xəbərləri Materials 28 Noyabr 2023 09:28 (UTC +04:00)
Türkiyə Özbəkistana polad məhsulları ixracını artırıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Özbəkistana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artıraraq 52,5 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Özbəkistana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 30 faiz azaldaraq 11,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz azalaraq, 12,4 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 3,1 faiz azdır.

Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 15 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti