...

İrəvan Bakı ilə 15 gün ərzində sülh sazişi imzalaya bilər - Alen Simonyan

Dünya xəbərləri Materials 28 Noyabr 2023 14:56 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan və Azərbaycan növbəti 15 gün ərzində sülh sazişi imzalaya bilər.

Trend çərşənbə axşamı erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib

"İstək olarsa sülh sazişi növbəti 15 gün ərzində imzalana bilər. Demək olar ki, bütün prinsipial məsələlər üzrə razılıq əldə etmişik. Prosesə xələl gətirməmək üçün təfərrüatı açıqlamaq istəmirəm", - o deyib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin sülh sazişi üzrə növbəti təklifinə cavab verdiyini bəyan edib.

Bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqlamasından sonra Ermənistan tərəfinin sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycana təqdim etdiyi və bundan əvvəl bəyan olunmuş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiq olduğu deyilir.

Xatırladaq ki, noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində Azərbaycan və Ermənistanın sülh sazişinin əsas prinsipləri üzrə razılığa gəldiyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti