Bakı. Trend:
Dominikan Respublikasının cənubundakı San-Kristobal vilayətinin Ayna bələdiyyəsində yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində azı 9 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə yerli "Hoy" qəzeti xəbər verib.
Ən azı 17 nəfərin yaralandığı qeyd edilib.
Onlara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərilir. Xəsarət alanlar arasında iki azyaşlı da var.