...

Putinin ənənəvi mətbuat konfransının vaxtı açıqlanıb

Dünya xəbərləri Materials 30 Noyabr 2023 14:09 (UTC +04:00)
Putinin ənənəvi mətbuat konfransının vaxtı açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi hesabat xarakterli mətbuat konfransının vaxtı açıqlanıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Mətbuat konfransı dekabrın 14-də keçiriləcək.

Qeyd edək ki, hər il ənənəvi olaraq dekabr ayında keçirilən Putinin böyük mətbuat konfransı ötən il baş tutmamışdı. Kreml bu il böyük mətbuat konfransı və prezidentlə birbaşa xətt tədbirlərini birləşdirərək bir formatda təşkil etmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti