Bakı. Trend:
Gürcüstan Milli Bankı qızıl külçələrinin satışına başlandığını elan edib.
Trend xəbər verir ki, 20 qram və 1 kiloqram nominallı külçələr Milli Bankın sifarişi ilə Böyük Britaniya Kral Sikkəxanası tərəfindən istehsal edilib.
Qızıl külçə sertifikatı sahibi Milli Bankdan müvafiq külçəni alarkən onu əmanət kimi saxlaya, təkrar bazarda sata və ya nağdlaşdıra bilər. Bu sertifikatlar həm də GSSS sistemi vasitəsilə hesablaşmalar üçün istifadə oluna bilən, faizsiz müddətsiz qiymətli kağızlardır.