...

Niger Aİ ilə hərbi əməkdaşlığı ləğv edib

Dünya xəbərləri Materials 4 Dekabr 2023 22:34 (UTC +04:00)

Bakı. Trend:

Niger Avropa İttifaqının (Aİ) Niameydə missiyasının yerləşdirilməsi üçün verdiyi icazəni ləğv edərək, Aİ ilə hərbi əməkdaşlığı ləğv etdi.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirib.

Aİ-nin "EUCAP Sahel Niger" missiyası 2012-ci ildə yaradılmışdır. Avropa İttifaqının xarici siyasət xidmətinin məlumatına görə, onun məqsədi Nigerin daxili təhlükəsizlik sektorunu və müxtəlif təhdidlərə qarşı mübarizə qabiliyyətini gücləndirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti