...

NATO-nun 2024-cü il üçün hərbi büdcəsi 12 faiz artıb

Dünya xəbərləri Materials 14 Dekabr 2023 00:42 (UTC +04:00)
NATO-nun 2024-cü il üçün hərbi büdcəsi 12 faiz artıb

Bakı. Trend:

NATO-nun hərbi strukturunun 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12 faiz artaraq 2,03 milyard avroya, təşkilatın siyasi komponentinin büdcəsi 18,2 faiz artaraq 438,1 milyon avroya çatıb.

Trend-in məlumatına görə, bu barədə Şimali Atlantika Alyansının məlumatında deyilir.

Bildirilir ki, təşkilatın büdcəsinin üçüncü əsas komponenti sayılan, ayrı-ayrı üzv ölkələrə deyil, alyansa məxsus olan komanda və idarəetmə obyektlərinin tikintisi xərclərini özündə əks etdirən NATO Müdafiə İnvestisiya Proqramı 1,3 milyard avro təşkil edəcək. Bu da əvvəlki dövrlə müqayisədə 30 faiz artım deməkdir.

Beləliklə, alyansın ümumilikdə 2024-cü ildə təxminən 3,768 milyard avro büdcəsi olacaq. Söhbət bir təşkilat kimi NATO strukturlarının ixtiyarında olan büdcələrdən gedir. NATO-nun hesablamalarına görə, alyansa üzv dövlətlərin ümumi hərbi xərcləri 2024-cü ildə təxminən 1,264 trilyon dollar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti