...

Ermənistan Yunanıstanla hərbi-texniki sahədə əməkdaşlıq sazişi imzaladı

Dünya xəbərləri Materials 14 Dekabr 2023 19:40 (UTC +04:00)
Ermənistan Yunanıstanla hərbi-texniki sahədə əməkdaşlıq sazişi imzaladı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Yunanıstanla hərbi-texniki sahədə əməkdaşlıq sazişi imzalayıb.

Trend xəbər verir ki, bu barədə Yunanıstan müdafiə naziri Nikos Dendias "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşümüz çərçivəsində Yunanıstan hökuməti üçün əsas prioritet olan hərbi-texniki sahədə əməkdaşlıq sazişi imzaladıq", - o yazıb.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstanda səfərdədir. Burada onu yunanıstanlı həmkarı Nikos Dendias qəbul edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti