Bakı. Trend:
Səudiyyə Ərəbistanı Futbol Çempionatı matçında “Əl Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu "Əl-İttihad"ın qapısına iki qol vuraraq 2023-cü ildə qol sayına görə lider olub.
Trend xəbər verir ki, 18-ci turun görüşü "Əl-Nəsr"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 38 yaşlı Kriştianu Ronaldu 2023-cü ildə 53 qol vurub.