...

Türkiyənin elektrik avadanlıqları ixracı artıb

Dünya xəbərləri Materials 8 Yanvar 2024 17:15 (UTC +04:00)
Türkiyənin elektrik avadanlıqları ixracı artıb

Bakı. Trend:

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16,2 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti