...

Rumıniya prezidenti Aİ Şurasının prezidentliyinə namizəd ola bilər - "Bloomberg"

Dünya xəbərləri Materials 11 Yanvar 2024 15:51 (UTC +04:00)
Rumıniya prezidenti Aİ Şurasının prezidentliyinə namizəd ola bilər - "Bloomberg"
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya prezidenti Klaus Yohannis Avropa İttifaqı (Aİ) Şurasının prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Rumıniya prezidenti Yohannisin vəzifə səlahiyyətləri 2024-cü ilin sonunda bitir və o, Rumıniyada növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırmır.

Xatırladaq ki, bir qədər əvvəl "Politico" qəzeti Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin istefaya gedəcəyi təqdirdə, Macarıstanın baş naziri Viktor Orbanın Şuranın müvəqqəti prezidenti ola biləcəyini yazıb.

Məlumata görə, Şarl Mişel Belçika KİV-inə müsahibəsində vəzifəsini vaxtından əvvəl tərk edəcəyinin mümkün olduğunu bildirib. Belə ki, o, 2024-cü ilin iyun ayında Avropa parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti