...

Parisdə 16 minə yaxın insan etiraz aksiyasına çıxıb

Dünya xəbərləri Materials 21 Yanvar 2024 22:09 (UTC +04:00)
Parisdə 16 minə yaxın insan etiraz aksiyasına çıxıb

Bakı. Trend:

Parisdə miqrasiya qaydalarını sərtləşdirən yeni qanuna qarşı keçirilən etiraz aksiyasında 16 minə yaxın insan iştirak edib

Trend-in məlumatına görə, bu barədə "France Info" radio stansiyası Fransa Xarici İşlər Nazirliyinə istinadən bildirib.

Həmkarlar ittifaqı nümayəndələri Parisin mərkəzindəki Trokadero meydanında başlayan nümayişə 25 minə yaxın insanın gəldiyini bildiriblər.

Ümumilikdə ölkədə yeni miqrasiya qaydalarının ləğvi şüarları altında 160-dan çox nümayiş keçirilib. Polisin verdiyi məlumata əsaəsn, aksiyalarda ümumilikdə 75 min insan iştirak edib. Təşkilatçılar 150 min iştirakçının olduğunu qeyd ediblər.

Etirazlar qəbul edilən sənədin əsas qanuna uyğun olub-olmadığını müəyyən etməli olan Fransa Konstitusiya Şurasının qərarının elan edilməsinə dörd gün qalmış baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti