...

Nigerin baş naziri Rusiyadan sonra İrana səfər edib

Dünya xəbərləri Materials 23 Yanvar 2024 00:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigerin baş naziri Əli Lamine Zein Tehrana üç günlük səfərə gedib.

Trend xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Ötən həftə Zain müdafiə, neft, idman, ticarət və digər nazirlərin müşayiəti ilə dörd gün ərzində Rusiyaya səfər edib. Mondafrique-nin sözlərinə görə, Türkiyə və Serbiyaya da səfərlər nəzərdə tutulub.

Qeyd edildiyi kimi, yeni Niger hakimiyyəti müdafiə, kənd təsərrüfatı, enerji sahələrində tərəfdaşlığı şaxələndirmək, həmçinin neft və tibbi avadanlıq ticarəti sahəsində əlaqələri inkişaf etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti