Bakı. Trend:
Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan "İl-76" təyyarəsinin iki qara qutusu tapılıb.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, qutular oxunması üçün Rusiya Müdafiə Nazirliyinin xüsusi laboratoriyasına aparılacaq.
İlkin məlumata görə, qutuların vəziyyəti onların oxunmasına imkan verəcək.
Xatırladaq ki, yanvarın 24-də Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
Qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadilə üçün Belqorod vilayətinə aparılıb. İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.