...

İran 28 ölkə ilə viza rejimini ləğv edir

Dünya xəbərləri Materials 31 Yanvar 2024 17:43 (UTC +04:00)
İran 28 ölkə ilə viza rejimini ləğv edir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran fevralın 4-dən 28 ölkə ilə viza rejimini ləğv edəcək.

Trend xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Əlirza Bigdeli "IRNA" agentliyinə deyib.

Qeyd edək ki, bu ölkələr arasında Belarus, Qətər, Qırğızıstan, Meksika, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Özbəkistan və Yaponiya da var.

Beləliklə, siyahıya daxil olan 28 ölkənin vətəndaşları turist olaraq İrana səfər etmək istədikdə viza əldə etməli olmayacaqlar.

Nazir müavininin sözlərinə görə, Hindistan vətəndaşları yalnız hava yolu ilə sərhədi keçəcəyi təqdirdə viza almalı olmayacaqlar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti