Bakı. Trend:
Böyük Britaniya kralı III Çarlz ictimai vəzifələrini təxirə salıb.
Trend-in məlumatına görə, bu barədə Bukingem Sarayından bildiriblər.
Onun xərçəng xəstəliyinə tutulduğu bildirilib.
Böyük Britaniya kralının müalicə kursuna başladığı qeyd edilib. O, dövlət vəzifələrini yerinə yetirməyə və sənədlərlə işləməyə davam edəcək.
"Kralın bu yaxınlarda xoşxassəli prostat böyüməsi ilə bağlı tibbi prosedur üçün xəstəxanaya yerləşdirilməsi zamanı onkoloji xarakterli əlavə xəstəlik aşkar edildi. Əlavə diaqnostik tədbirlər xərçəngin müəyyən bir formasının mövcudluğunu təsdiqlədi", - deyə bildirilib.
Aşkar edilən xərçəng növü barədə məlumat verilməyib.