Bakı. Trend:
Avropa Ukraynanı dəstəkləməyə davam etməlidir.
Trend-in məlumatına görə, bunu Almaniya Kansleri Olaf Şolz mətbuat konfransında deyib.
“Rusiya iki ilə yaxındır ki, Ukraynaya qarşı barışmaz müharibə aparır və bu münaqişənin sonu görünmür”, – deyə Olaf Şolz bildirib.
O, Avropanın Ukraynaya dəstəyini davam etdirməli olduğunu vurğulayıb: “Avropa Şurasının yaxın bir neçə il ərzində Ukraynaya büdcə dəstəyi üçün vəsaiti təsdiqləməsi yaxşı əlamətdir. Həmçinin yaxşı haldır ki, Avropa Ukraynaya dəstəyini necə artıra biləcəyi haqqında düşünməyə başlayıb”.
Xatırladıb ki, bu il Almaniya Kiyevə silah təchizatı üçün 7 milyard avrodan çox vəsait ayıracaq.