...

Kuba və Rusiya ikitərəfli münasibətləri müzakirə ediblər

Dünya xəbərləri Materials 20 Fevral 2024 04:08 (UTC +04:00)

Bakı. Trend:

Kuba prezidenti Miqel Diaz-Kanel Havanada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Trend-in məlumatına görə, bu barədə Kuba prezidenti "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, Sergey Lavrov ilə görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəlikdəki məsələləri müzakirə edib.

"Biz ümumi maraq doğuran məsələlər üzrə ikitərəfli münasibətlərin intensivləşdirilməsi, eləcə də beynəlxalq gündəlikdəki aktual məsələlər ilə bağlı fikir mübadiləsi apardıq", - deyə qeyd olunub.

Qeyd edək ki, fevralın 19-da S.Lavrov fevralın 22-də başa çatacaq Latın Amerikası turu çərçivəsində Kubaya gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti