...

İlon Mask “OpenAI” şirkətini məhkəməyə verib

Dünya xəbərləri Materials 2 Mart 2024 08:03 (UTC +04:00)
İlon Mask “OpenAI” şirkətini məhkəməyə verib

Bakı. Trend:

İlon Mask “OpenAI” şirkətini və onun baş direktoru Sem Altmanı məhkəməyə verərək, onların süni intellekt startapının təsis razılaşmasını pozduqlarını, həmçinin qazanclarını bəşəriyyətin mənafeyindən üstün tutduqlarını iddia edib.

Trend xəbər verir ki, Maskın vəkilləri “OpenAI”-ın Microsoft üçün maksimum mənfəət əldə olunması hədəfinin bu razılaşmanı pozduğunu iddia edirlər.

Qeyd edək ki, 2015-ci ildə “OpenAI” şirkətinin həmtəsisçisi olan Mask 2018-ci ildə - süni intellektin (AI) “nüvə silahından daha təhlükəli olduğunu” bildirdikdən dörd il sonra şirkətin Direktorlar Şurasından çıxıb.

Xəbər lenti

Xəbər lenti