...

Rusiya hərbçiləri Suriyada silahlıların iki bazasının məhv edildiyini bildirib

Dünya xəbərləri Materials 10 Mart 2024 04:12 (UTC +04:00)
Rusiya hərbçiləri Suriyada silahlıların iki bazasının məhv edildiyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Aerokosmik Qüvvələri Suriyanın İdlib vilayətində silahlıların iki bazasını məhv edib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Suriyada Müharibə edən Tərəflərin Barışıq Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vadim Kulit belə deyib.

"Rusiya Aerokosmik Qüvvələrinin İdlib vilayətinin Basankul və Aşxani-Taxtani yaşayış məntəqələri ərazilərinə endirdiyi zərbələr nəticəsində Suriya hökumət qüvvələrinin mövqelərinə təxribat xarakterli hücumlarda iştirak edən silahlıların iki bazası məhv edilib", - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriya səmasında təxminən altı pozuntusu aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti