...

Gürcüstanın Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndəsi təyin olunub

Dünya xəbərləri Materials 11 Mart 2024 13:55 (UTC +04:00)
Gürcüstanın Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə Georgi Kacaya təyin olunub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Qeyd olunub ki, Kacaya bundan əvvəl İsveçrənin Rusiyadakı Səfirliyinin Gürcüstan Respublikasının maraqları bölməsinin rəhbəri vəzifəsində çalışıb.

Bundan əvvəl Gürcüstanın Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi olan Zurab Abaşidze isə baş nazirin müşaviri vəzifəsinə təyin olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti