Kreml Rusiya sərhədçilərinin Zvartnots hava limanında işini dayandırması barədə bildirişi aldığını təsdiqləyib

Dünya xəbərləri Materials 12 Mart 2024 16:22 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvan Moskvaya Rusiya sərhədçilərinin Zvartnots hava limanında işini dayandırması barədə bildiriş göndərib.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bununla bağlı məktub daxil olub. Hazırda qurumlar xətti ilə təmaslar həyata keçirilir. Bundan artıq heç nə deyə bilmərəm. Əlbəttə ki, mümkün bütün səviyyələrdə təmaslar davam edəcək", - Kreml nümayəndəsi deyib.

Xatırladaq ki, martın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Zvartnots hava limanında rus sərhədçilərinin mövcudluğu ilə bağlı Moskvaya rəsmi məktub göndərildiyini deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin mövqeyi bundan ibarətdir ki, Zvartnots hava limanında erməni sərhədçiləri xidmət göstərməlidir.

"Ermənistan bunun üçün bütün imkanlara malikdir", - deyə Qriqoryan əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti