Bakı. Trend:
Niger hakimiyyəti amerikalı hərbçilərə Afrika ölkəsinin ərazisində qalmaq hüququ verən ABŞ ilə hərbi müqaviləyə xitam verildiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Fransa KİV-ləri xəbər verib.
"Niger hökuməti öz xalqının istək və maraqlarını nəzərə alaraq, Nigerdəki amerikalı hərbçilərin və Pentaqonun işçilərinin statusunu müəyyən edən sazişi dərhal ləğv etmək qərarına gəlib", - deyə Niger hökumətinin nümayəndəsi Amadu Abdraman bildirib.
O, ABŞ-ın ölkədə davam edən hərbi mövcudluğunun qeyri-qanuni olduğunu və “bütün konstitusiya və demokratik qaydaları pozduğunu” qeyd edib.
A.Abdramanın sözlərinə görə, sazişin özü 2012-ci il iyulun 6-da Vaşinqton tərəfindən Nigerə “birtərəfli qaydada qəbul etdirilib".