...

Türkiyənin yeni milli müdafiə sistemi təqdim edildi

Dünya xəbərləri Materials 19 Mart 2024 12:52 (UTC +04:00)
Türkiyənin yeni milli müdafiə sistemi təqdim edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin yeni milli müdafiə texnologiyası olan Aşağı Tezlikli Aktiv Sonar Sistemi (DÜFAS) ictimaiyyətə təqdim edilib.

Trend xəbər verir ki, yeni texnika barədə ASELSAN şirkətindən açıqlama verilib.

Müdafiə Sənayesi Baş idarəsinin öncüllüyü ilə ölkənin hərbi dəniz qüvvələrinin ehtiyaclarına uyğun olaraq hazırlanan DÜFAS sualtı qayıqlar və torpedalar kimi təhlükələri uzaq məsafələrdən aşkar etməyə imkan verir.

Türkiyə donanmasına yeni güc qazandıracaq DÜFAS dərinliyi dəyişdirilə bilən aktiv və passiv sonar imkanlara malikdir. Sinfində bir ilk olan, hədəflərdən gələn yayım siqnalının əksini passiv sonarla toplayaraq sualtı taktiki rəsm yaradan sistem sualtı təhdidləri uzaq məsafədən və yüksək dəqiqliklə aşkar edib izləmək imkanı yaradır.

Xəbər lenti

Xəbər lenti