...

Fransanın Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə hazır olduğuna inanmaq sadəlövhlükdür - Zaxarova

Dünya xəbərləri Materials 27 Mart 2024 19:34 (UTC +04:00)
Fransanın Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə hazır olduğuna inanmaq sadəlövhlükdür - Zaxarova
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə hazır olduğuna inanmaq sadəlövhlükdür.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Əgər Fransanın belə imkanları olsaydı, bu dövlət onu Parisin müqaviləli öhdəlikləri olduğu ölkələrə münasibətdə tətbiq edərdi. Biz bu haqda dəfələrlə demişik. Üstəlik, onlar onilliklərlə həmin ölkələrdə olublar, həmin ölkələrə öz müstəmləkələri kimi baxıblar, hətta postmüstəmləkə dövründə belə, yeni müstəmləkəçilik dövründə də öz maraqlarını saxlamışdılar. Orada dil daha tanışdır və əlaqələr var. Nəsə alınmadı", - o deyib.

Onun sözlərinə görə, Fransa pul aldığı üçün Afrika qitəsində bunu etməyə borclu idi.

"Onun işi, orda mövcudluğu üçün səxavətlə pul ödənilirdi. Bu ölkələrdəki Fransa missiyası uğursuz oldu", - o deyib.

O qeyd edib ki, Cənubi Qafqazın gələcəyi Paris üçün ancaq alətdir.

"Bu sadəcə öz rifahını dəstəkləmək və Rusiya ilə hibrid müharibə və Afrika qitəsindəki uğursuzluğu fonunda bir vasitədir. Cənubi Qafqaz regionunda Fransanın mövcudluğu region dövlətlərini izləmək, onlar haqqında kəşfiyyat xarakterli məlumatları toplamaq, ölkələrimiz arasında əldə olunan sülh razılaşmalarının reallaşmasına imkan verməmək cəhdidir", - Zaxarova vurğulayıb.

(Tərcümə: Gülnarə Kərimova)

Xəbər lenti

Xəbər lenti