...

Türkiyənin MSK bələdiyyə seçkilərinin nəticələrini aprelin 1-də açıqlayacaq

Dünya xəbərləri Materials 1 Aprel 2024 01:35 (UTC +04:00)
Türkiyənin MSK bələdiyyə seçkilərinin nəticələrini aprelin 1-də açıqlayacaq

Bakı. Trend:

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələri aprelin 1-də açıqlanacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Əhməd Yener məlumat verib.

"Səslərin hesablanması davam edir. Biz seçkilərin nəticələrini bazar ertəsi elan etməyi planlaşdırırıq", - deyə o bildirib.

Xatırladaq ki, martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Səsvermə yerli vaxtla saat 8:00-dan 17:00-dək davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti