Bakı. Trend:
İsraildə yəhudilər və ermənilər arasında qarşıdurma olub.
Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, üç yəhudi polisin müşayiəti ilə Qüdsdə ermənilərin yaşadığı "İnəklər bağı" ("Koveru partez") məhəlləsinin hasarlarını dağıdaraq əraziyə daxil olublar. Bu zaman orada yaşayan ermənilərlə yəhudilər arasında qarşıdurma yaşanıb.
Vurğulanıb ki, 2021-ci ilin iyul ayında Qüds Erməni Patriarxlığı "Xana" şirkəti ilə müqavilə bağlayaraq, "İnəklər bağı" məhəlləsində lüks hotel tikməyə icazə verib, lakin sonradan erməni icmasının etirazından sonra müqaviləni ləğv edib.