Bakı. Trend:
Çində Sincan-Uyğur Muxtar Rayonu ilə Çinxay əyaləti sərhədində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, zəlzələnin episentri təxminən 186 min insanın yaşadığı Dunhuan şəhərindən 370 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.