...

İrəvan ABŞ və Aİ ilə iqtisadi əlaqələri inkişaf etdirməyə hazırdır - Paşinyan

Dünya xəbərləri Materials 5 Aprel 2024 16:34 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın ABŞ və Aİ ilə iqtisadi əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.

Trend xəbər verir ki, Paşinyan bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Entoni Blinken və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrellə birgə brifinqdə deyib.

"Yeni bazarlara çıxış üçün Ermənistanın özəl sektorunun rəqabət qabiliyyətini artırmaqda qətiyyətliyik. Bundan başqa, investisiya mühitini yaxşılaşdıraraq, Avropa və ABŞ şirkətləri üçün daha cəlbedici etməyə hazırıq.

Tərəfdaşlarımızın Ermənistanın keyfiyyətli infrastrukturunun müasirləşdirilməsi, biznes şəbəkələrinin qurulması və ticarətdə mümkün yardım sxemlərinin öyrənilməsində bizi dəstəkləyəcəyini gözləyirik", - o deyib.

Qeyd edək ki, bu yaxında ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistanın ticari tərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyacların qarşılanması işində ABŞ və Avropa İttifaqının (Aİ) ölkəyə dəstəyini müzakirə etmək üçün ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə üçtərəfli ABŞ-Aİ-Ermənistan görüşündə iştirak edəcək.

O, Brüsseldəki görüşün diqqəti Ermənistanın iqtisadi dayanıqlılığına yönəltmək məqsədi daşıdığını əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti