...

ABŞ-də zəlzələ oldu - BMT Təhlükəsizlik Şurasının iclası dayandırıldı

Dünya xəbərləri Materials 5 Aprel 2024 19:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Nyu-Cersi ştatında 4,8 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri 1 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Nyu-Yorkda da hiss olunub. BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclası zəlzələ səbəbindən bir müddət dayandırılıb. İclas aprelin 5-də BMT-nin yutub kanalında yayımlanıb.

Təhlükəsizlik Şurasının palatasında çıxış edənlər və jurnalistlər yerli vaxtla saat 10:20-də yeraltı təkanlar hiss ediblər. Bundan sonra iclas yarımçıq kəsilib və daha sonra davam etdirilib.

Nyu-York hakimiyyəti sakinləri təşvişə düşməməyə və evlərini tərk etməməyə çağırıb.

Hazırda Nyu-York şəhərinin nəqliyyat sistemində hər hansı nasazlıq barədə məlumat yoxdur. Con Kennedi Beynəlxalq Hava Limanı işini normal rejimdə davam etdirir.

Xəbər lenti

Xəbər lenti